“Azərbaycan yaxşıdır, Ermənistanın heç adını çəkmək istəmirəm”
18.02.2013 - 17:17
“Ukraynalı məşqçilər üçün Azərbaycan nümunəsi olub. Roman Pokoranın rəhbərliyi altında “Simurq” bürünc medallar qazandı. O vaxt bu klubda 10-a yaxın ukraynalı çıxış edirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri ukraynalı futbol eksperti İqor Krivenko deyib.
Legionerlər haqda geniş müsahibə verən mütəxəssis dəfələrlə ölkəmizdən söz açıb və bildirib ki, indi Azərbaycan çempionatında dünyanın hər yerindən legionerlər var. Onların coğrafiyasına heç bir məhdudiyyət yoxdur: “Daha çox braziliyalılar, serbiyalılar və afrikalılara üstünlük verilir. İndi ispaniyalıların dəbi başlayıb. Düzdür, orda yerli transferlər də var. Bu da ölkə xaricində seleksiya aparmaq imkanı olmayanlar üçündür”.
Ukraynalıların yollandığı MDB ölkələrinin klublarının maliyyə mənbələrindən danışan Krivenkonun firincə, Qazaxıstanda klublar yerli büdcədən maliyyələşir: “Moldovada klublar özəldir, Belarus və Azərbaycanda isə yerli hakimiyyət və sponsorlar hesabına maliyyələşir”.
Mütəxəssisin fikrincə, həmyerlilərinin Azərbaycana yollanması daha düzgün olardı: “Ukraynalılar üçün legioner həyatı yaşamalı, maliyyə baxımından ən yaxşı liqa Azərbaycan və Qazaxıstandır. Ermənistanın heç adını çəkmək istəmirəm. Az-çox Belarusda da sabitlik var”.
Krivenko “Neftçi”nin Avroliqanın qrup mərhələsinə düşməsini legionerlərlə əsaslandırıb. O, bəzi ukraynalıların avrokuboklarda oynamaq naminə ölkə xaricinə üz tutması fikri ilə razı deyil: “Heç bir futbolçu cəmi 2 avrokubok matçına görə klubunu dəyişməz. Lakin dünyada hər şey dəyişir. “Neftçi”nin ilk dəfə Avroliqanın qrupuna düşməsi də təsadüf deyildi. Bu, maliyyə qoyuluşları və mən düşünürəm ki, futbolçu seçiminə savadlı yanaşma sayəsinə mümkün oldu. Söhbət yerli və əcnəbi futbolçular arasında balansdan gedir. Üstəlik, Azərbaycan çempionatı müəyyən səviyyəyə yüksəlib. Ora statuslu məşqçilər də yollanır. Bütün bunlar Azərbaycan klubunun Çempionlar Liqasının qrupuna düşməsinə də şərait yaradacaq ki, bu da zaman məsələsidir. Başı çıxmayanlar onda da təəccüblənəcək. BATE qrupa çıxanda olduğu kimi. Özü də bu vacib deyil ki, məhz “Neftçi” qrupa düşəcək. Azərbaycanda çoxlu yaxşı komandalar var ki, yüksək yerlər uğrunda mübarizə aparırlar”.

0
0