“Simurq”da yeni məşqçi
18.02.2013 - 17:40
“Simurq”da yeni məşqçi
Azərbaycan millisinin sabiq qapıçısı Rauf Mehdiyev karyerasını “Simurq”da davam etdirəcək. Apasport.az saytının məlumatına görə, futbolçu karyerasını ötən yay bitirən 37 yaşlı qolkiper yeni klubunda məşqçi kimi fəaliyyət göstərəcək.

O, "Simurq"dakı ilk məşqçilik sınağında əvəzedici heyətin qapıçıları ilə yanaşı, aşağı yaş qrupları ilə də işləyəcək.