“Rubin” Abışovu müdafiəçi kimi almayıb” - FOTO
18.02.2013 - 20:00
“Rubin” Ruslan Abışovu bu qədər saxlayırsa, deməli, onunla müqavilə bağlayacaq. Məndə bu haqda informasiya olmasa da, danışıqların belə nəticələnəcəyini başa düşürəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Müqavilə ilə Lənkəran təmsilçisinə məxsus Ruslan Abışov yanvardan “Rubin”in düşərgəsində olsa da, 25 yaşlı futbolçunun keçidi hələ də rəsmiləşməyib.
Millimizin aparıcı üzvünün Rusiya çempionuna keçidinin baş tutacağına inanan Mircavadov hər şeyi zamanın öhdəsinə buraxır: “Rubin” niyə onunla əvvəldən müqavilə bağlamır, bunu bilmirəm. Ancaq elə başa düşürəm ki, futbolçu Rusiya klubunda bu qədər müqaviləsiz qalmaz. Yəqin ki, onu müqaviləyə gətiriblər. Bir də ki Ruslanın burnunda problemi çıxdı və onu Münhendə əməliyyat etdirdilər. Sözümün canı odur ki, “Rubin” sonda Abışovla anlaşacaq. Əlbəttə, futbolçumuzun orda qalıb, Rusiya çempionatının oyunlarına hazırlaşmağına istəyirəm. Onun üçün bu matçlar vacibdir”.
66 yaşlı mütəxəssis Abışovun Kazan klubunda hansı mövqedə oynayacağını da özü üçün müəyyənləşdirib: “Hesab edirəm ki, “Rubin”in baş məşqçisi Kurban Berdıyev onu heyətə müdafiəçi kimi daxil etməyib. O, Ruslan orta xətdə istifadə etmək üçün alır”.
Qeyd edək ki, Ruslan həm müdafiənin, həm də yarımmüdafiənin mərkəzində oynaya bilir.
Mehman SÜLEYMANOV

0
0