Maksim Medvedev: Bəziləri bizdən çəkinir – MÜSAHİBƏ
19.02.2013 - 00:02
“Qarabağ” klubunun müdafiəçisi Maksim Medvedevin apasport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasının XX turunda “Sumqayıt”ı 3:0 hesabı ilə darmadağın etdiyiniz oyunda son 2 qol matçın axırlarında vuruldu. Deyəsən, meydana arxayın çıxmışdınız...
- Elə deməzdim. Ciddi hazırlaşmışdıq. Bilirdik ki, “Sumqayıt” sürpriz komandadır. Ötən mövsüm bizdən 4 xal almışdı. Ona görə də erkən qol vurmağa çalışdıq. Yoxsa, çətin olacaqdı. Əlimizdən gələni edirdik. Sevindirici haldır ki, hesabı erkən açdıq. Bundan sonra da sakitləşmədik. Çünki rəqib hər dəqiqə hesabı bərabərləşdirə bilərdi. Bu, baş versəydi, sonra düşəcəkdik onların arxasınca. Oyun ərzində topa biz nəzarət edirdik, tez-tez hücumlar qururduq. Düzdür, “Sumqayıt” da “vuruşurdu”. Ancaq fərdi ustalıq sayəsində biz onları üstələdik.
- Növbəti turda “Rəvan”la qarşılaşacaqsınız. Hansı ki, bu matç zəif hesab edilə biləcək rəqiblərlə sonuncu duelinizdir. Hərçənd, I dövrədə onlarla oyunda qolsuz heç-heçə etmişdiniz. Bu mərhələni sürprizə imkan vermədən başa vura biləcəksinizmi?
- “Rəvan” əvvəlki ilə müqayisədə heyətini gücləndirib. Fasilədən sonra ardıcıl iki qələbə qazanıb. Üç xalın onlara nə dərəcədə vacib olduğunu bilmirəm. Amma bizim üçün çox vacibdir. Çünki çempionluq uğrunda yarışırıq. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq.
- Bəs XX turu necə dəyərləndirirsiz? Sürpriz nəticə qeydə alındımı?
- “İnter” doğma meydan amilindən yararlandı. “Neftçi” isə “Simurq”u çətinlik çəkmədən məğlub etdi. “Xəzər Lənkəran”ın da qələbəsində qeyri-adi heç nə yoxdur.
- Əsas mərhələnin başa çatmasına 2 tur qalıb. “Qarabağ” XXII turda liderlə qarşılaşacaq. Necə düşünürsüz, “Qarabağ” özü əsas mərhələni lider kimi başa vura bilərmi?
- Şansımız var. Ancaq “Qarabağ”ın qarşıdakı iki turda lider olması çətin məsələdir. Çünki digər rəqiblərimiz də zirvəyə yüksəlmək istəyir. “İnter”lə oyunda onları məğlub etmək üçün çalışacağıq.
- Fasilədən sonra bütün komandaların oyunlarını izləmişik. “Neftçi”, “İnter” daha sürətli və dinamik oyun nümayiş etdirirlər. “Qarabağ” sanki kölgədə qalır. Bu nə ilə bağlıdır?
- “Qarabağ” fərqli oyun nümayiş etdirir. Biz qısa ötürmələrə üstünlük veririk. Fürsət olduqda isə sürətli hücumlar təşkil edirik. Meydanda nə “Neftçi”nin, nə də “İnter”in oyunçuları “Qarabağ”ın futbolçuları qədər qaçırlar. Sadəcə, biz gücümüzdən maksimum dərəcədə düzgün istifadə etməyə çalışırıq. 90 dəqiqəni dayanmadan qaçmaq, eyni tempdə oynamaq çətindir.
- Bəlkə komanda gücünü əsas rəqiblərindən gizlədir?
- Əslində, uşaqlar tam gücləri ilə oynamağa çalışırlar. Lakin elə rəqiblər olur ki, hamılıqla müdafiəyə çəkilir və oynamağa imkan vermir. Ancaq “Neftçi”, “İnter” “Qəbələ” kimi komandalarla tam fərqli oynanılır. Həmin komandalar da açıq futbol nümayiş etdirirlər. Onda oyun da maraqlı alınır.
- Ümumiyyətlə, “altılıq” oyunlarına hansısa sürpriz hazırlamısınızmı?
- Ola bilsin, müəyyən taktiki dəyişikliklər edilsin. Bəzi komandaların bizdən çəkindiyini görürük.
- Gələn həftə sıx qrafiklə meydana çıxacaqsınız. Çünki ölkə kubokunun 1/4 final mərhələsinin oyunları da keçiriləcək. Fiziki və psixoloji baxımdan buna hazırsınızmı?
- Məncə, hazırıq. “Qəbələ” və “Sumqayıt”la oyunlarda uşaqlar yaxşı görünürdü. Çünki yaxşı toplanış keçirmişik. İndi “Rəvan” və “Qəbələ” ilə oyunlardan sonra hər şey biləcəyik. Problem olmamalıdır.
- Final mərhələsindəki rəqiblərinizdən üçü müəyyənləşib. Şansları necə dəyərləndirirsiz?
- Güclü komandalar bir-birinə qarşı oynayacaqlar. Hansı komanda fiziki baxımdan hazır olsa, məqsədinə nail olacaq.

0
0