Milan Baroş sabiq komandası ilə müqavilə imzaladı
18.02.2013 - 22:00
Milan Baroş sabiq komandası ilə müqavilə imzaladı
“Qalatasaray”la müqaviləsinin müddətini qarşılıqlı şəkildə ləğv edəndən sonra ölkəsinə qayıdan Milan Baroş “Banik”lə müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, yeni komandasında 27 nömrəli formanı geyəcək olan 31 yaşlı hücumçu imza mərasimindən sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Karyerasına “Banik”də başlayan Baroş Qətərdən də təklif aldığını vurğulayıb. Lakin o, məqsədinin pul deyil futbol oynamaq olduğu üçün “Banik”i seçdiyini ifadə edib: “Gənclik illərimi “Banik”də keçirdim. Bu kluba xüsusi və olduqca böyük bir sevgim var. Mən vətənimə qayıtdığımda ilk və tək seçimim “Banik” olacaqdır. Başqa variantları düşünmədim belə”.

Qeyd edək ki, Milan Baroş “Banik”in əsas heyətində 1998-2001-ci illərdə çıxış edib. Çexiya milli komandasının sabiq forvardı bu klubda 77 oyunda meydana çıxıb və 23 qola imza atıb.