Məlikovla İsayevin komandalarının 24-cü turdakı oyun vaxtı müəyyənləşdi
18.02.2013 - 22:30
Məlikovla İsayevin komandalarının 24-cü turdakı oyun vaxtı müəyyənləşdi
Azərbaycanlı futbolçular Rail Məlikovla Arif İsayevin şərəfini qoruduqları “Dənizlispor”un Türkiyə PTT 1-ci liqasının 24-cü turunda “Boluspor”la qarşılaşacağı oyunun vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, təmsilçilərimizin komandasının rəqibləri ilə görüşü mart ayının 3-də, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Dənizli klubu “Boluspor”la səfərdə üz-üzə gələcək.

Qeyd edək ki, həmin matçda müdafiəçi Məlikovun da meydana çıxması gözlənilir. Çünki Railin 3 oyunluq cəza müddəti 23-cü turda “Dənizlispor”un qarşılaşacağı “Samsunspor”la görüşdə başa çatacaq.