Droqbanın sabiq komandasına şok cəza
19.02.2013 - 00:45
Son dövrlər dünya futbolunda artan oyun alqı-satqısı uzaq Asiya ölkələrinə də sıçrayıb. Apasport.az saytının məlumatına görə, 2003-cü ildə “Tianjin Teda” ilə “Qalatasaray”ın hücumçusu Didye Droqbanın sabiq komandası olan “Şanxay Şenhua” arasında oynanılan qarşılaşmada oyun alqı-satqısının olması təxmin edilib.
Çin Futbol Federasiyasının İntizam Komitəsi bu matçlarda iştirak edən bir çox şəxslərə və kluba ağır cəzalar verib. “Şanxay Şenhua”ya 1 milyon yuan (təxminən 273 min 500 dollar) pul cəzası və növbəti mövsüm üçün 6 xalı silinib.
İntizam Komitəsi digər klublara pul və xalları silinmə cəzaları ilə yanaşı, həmçinin iyun ayından bu yana həbsdə olan sabiq Çin Futbol Federasiyasının prezidenti və 33 şəxsi futboldan ömürlük uzaqlaşdırıb.
“Xinhua News Agency”nin iddiasına görə, Çin Futbol Federasiyasının İntizam Komitəsinin verdiyi bu cəzalar “Şanxay Şenhua”nın 2003-cü ildəki çempionluğunu böyük ehtimalla əlindən alacaq.

0
0