Mançinidən Mourinyo tərzli açıqlamalar
19.02.2013 - 01:15
Mançinidən Mourinyo tərzli açıqlamalar
“Mançester Siti”nin baş məşqçisi Roberto Mançini Britaniya mətbuatına maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, italiyalı çalışdırıcı hazırda özünü İngiltərənin ən önəmli mütəxəssisi olduğunu bildirib.

“Mançester Siti” ilə son 15 ayda 3 kubok qazanan Mançini bunları bacara bilən bir baş məşçinin olmadığını vurğulayıb: “Son 15 ayı nəzərə alsaq, bu an üçün İngiltərənin ən yaxşı baş məşqçisi mənim. Bundan 6 ay əvvəl hər kəs “Mançester Siti”nin çalışdırıcısının dəyişəcəyini söyləyirdi. Xosep Qvardiola “Bavariya”ya getdikdən sonra belə, bu söz-söhbətlər davam etdi. Şübhəsiz ki, “şəhərlilər”lə 3 kubok qazandım. Son 15 aya baxdığımızda, bunları bacara bilən bir mütəxəssis yoxdur”.

Qeyd edək ki, bu açıqlamalarla yerli mətbuatın gündəminə gələn Mançininin bu tipli tərzini bir vaxtlar “Çelsi”nin sükanı arxasında olan ”Real”ın hazırkı baş məşqçisi Joze Mourinyoya bənzədilib.