Cihan Özkara oynamadı, komandası məğlub oldu
19.02.2013 - 01:48
Cihan Özkara oynamadı, komandası məğlub oldu
Türkiyə Superliqasında 22-ci turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun sonuncu matç günündə bir qarşılaşma baş tutub.

Milli komandamızın hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor” səfərdə “Kasımpaşa” ilə üz-üzə gəlib. Qarşılaşma təmsilçimizin komandasının minimal hesablı məğlubiyyəti ilə nəticələnib – 0:1.

Qeyd edək ki, Cihan Özkara ilk “18-lik”də yer alsa da baş məşqçi Rza Çalımbay ona şans verməyib.


Türkiyə Superliqası

22-ci tur

15 fevral

“Akhisar BS” – “Qalatasaray” – 1:2
Vardar, 85 – Droqba, 68, Burak, 70

16 fevral

“Əskişəhərspor” – “Kayserispor” - 0:3
Kleyton, 21, Yılmaz, 77; 82

“Antalyaspor” – “Karabükspor” - 0:0

“Beşiktaş” – “Qaziantepspor” - 1:1
Gülüm, 21 - Kouemaha, 89

17 fevral

“Gənclərbirliyi” – “Mersin İdmanyurdu” - 3:1
Fleminks, 32, Durmaz, 55, Zeç, 73 - Kulio, 79

“Orduspor” – “İstanbul” BB – 2:2
Umbides, 3, Yussuf, 33 - Viska, 7, Sokullu, 86

“Bursaspor” – “Elazığspor” – 1:0
Batalya, 21

“Trabzonspor” – “Fənərbaxça” – 0:3
Bamba, 11-avtoqol, Kristian, 26, Gönül, 52

18 fevral

“Kasımpaşa” – “Sivasspor” – 1:0
Uçe, 62