Arsen Venger: Bundan sonra bizim üçün çox çətin olacaq
20.02.2013 - 05:24
Arsen Venger: Bundan sonra bizim üçün çox çətin olacaq
“Çox güclü bir komandaya qarşı oynadıq. “Bavariya”nı təbrik edirəm. İndi həqiqəti gizlətməməliyəm. Bundan sonra bizim üçün çox çətin olacaq. Qələbə qazanmaq qeyri-mümkündür. Amma bacarmaq da bizim əlimizdədir. Bunu sınamaq məcburiyyətindəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Arsenal”ın baş məşqçisi Arsen Venger deyib. O, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyun günündə evdə “Bavariya”ya məğlubiyyətdən (1:3) sonra fikirlərini bildirib.

Təcrübəli mütəxəssis yerli azarkeşlərin komandalarına lazım olan dəstəyi verdiyini ifadə edib: “Azarkeşlər bizə fantastik dəstək verdilər və mən bunun əvəzində çox məyus oldum. Çünki biz onlara istənilən qələbəni hədiyyə edə bilmədik. Psixoloji nöqteyi-nəzərindən vəziyyət ən yaxşılardan deyildi. Amma futbolçular vuruşurdular və mübarizəyə bütün güclərini sərf etdilər”.
0