“Qarşıya qoyulan məqsədə çata bilməmişik”
20.02.2013 - 18:32
“Qarşıya qoyulan məqsədə çata bilməmişik”
“Çalışırıq ki, yaxşı nəticə qazanaq. Amma bu, hələ bizdə alınmır". Apasport.az saytının məlumatına görə, bu sözləri "Kəpəz"in kapitanı Xəyal Zeynalov deyib.

Qapıçı klubun rəsmi saytına açıqlamasında uğursuz seriyaya son qoymağa çalışdıqlarını söyləməklə, məşqlərdə çatışmayan cəhətlər üzərində durmadan işlədiklərini bildirib: "Hazırlıq prosesində hər bir futbolçu məşqçilərin tapşırığını qüsursuz yerinə yetirir. Nədənsə oyunlarda özümüzü yaxşı tərəfdən göstərə bilmirik. Yaxşı başa düşürük ki, son pillədən uzaqlaşmalıyıq. Təəssüf ki, qarşıya qoyulan məqsədə çata bilməmişik".
0