Məlikovla İsayevin komandasının növbəti sınağı
24.02.2013 - 07:42
Məlikovla İsayevin komandasının növbəti sınağı
Bu gün azərbaycanlı futbolçular Rail Məlikovla Arif İsayevin şərəfini qoruduqları “Dənizlispor” növbəti sınağına çıxacaq. Apasport.az saytının məlumatına görə, təmsilçilərimizin komandası Türkiyə PTT 1-ci liqasının 23-cü turunda doğma azarkeşlə önündə “Samsunspor”la münasibətlərinə aydınlıq gətirəcək.

Bakı vaxtı ilə saat 17:00-da başlayacaq bu qarşılaşmada müdafiəçimiz Məlikov cəzalı olduğu üçün komandasının oyununu kənardan izləyəcək. Raildən fərqli yarımmüdafiəçimiz İsayevin isə meydana çıxması gözlənilir.

Qeyd edək ki, “Dənizlispor” 22 oyundan 25 xal toplayaraq turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. Ötən mövsüm Superliqanın iştirakçısı “Samsunspor”un da aktivində 25 xalı var. Lakin samsunlular təmsilçilərimizin komandasından 1 pillə öndədir.