Rekord təkrarlandı
24.02.2013 - 10:47
Rekord təkrarlandı
İspaniyanın “Barselona” klubu ölkə çempionatının XXV turunda “Sevilya”nı məğlub etməklə rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, 2:1 hesablı qələbə sayəsində kataloniyalıların 25 oyuna topladığı xalların sayı 68-ə çatıb.

Bu nəticə La Liqa tarixinin ən yüksək nəticəsidir. İndiyədək yalnız 2 dəfə hər hansı komanda 25 turda 68 xal toplayıb. 1960/61 mövsümündə “Real”, 2010/11 mövsümündə isə “Barselona”nın özü bunu bacarmışdı.