“Real”da İquayn, “Qarabağ”da Hüseynov
24.02.2013 - 14:24
“Real”da İquayn, “Qarabağ”da Hüseynov
İspaniyanın “Real” klubunun futbolçusu Qonsalo İquayn La Liqada Madrid yəmsilçisi üçün vurduğu qolların sayını 100-ə çatdırıb. Apasport.az saytının məlumatına görə, buna “Deportivo” ilə qarşılaşmada vurduğu qol sayəsində nail olan hücumçu yubileyə 179-cu matçında çatıb.

İquayn 100-cü qolunu 25 yaşında vurmaqla buna nail olan 2-ci ən gənc futbolçu olub Yalnız Raul daha tez – 22 yaşında bunu bacarmışdı. “Real” tarixinə çempionatda 100 qol vuran 13 futboçu arasında buna ən az oyuna nail olan isə Kriştianu Roonadodur. Portuqaliyalı 92-ci görüşündə 100-ə çatıb.

Qeyd edək ki, Azərbaycanda yalnız 1 futbolçu eyni klubda çempionatda 100 qol həddini aşıb. Bu, “Qarabağ” üçün 109 çempionat qolu vuran Müşfiq Hüseynovdur.