“Altılığ”a son vəsiqəyə 3 namizəd qaldı
24.02.2013 - 17:05
“Altılığ”a son vəsiqəyə 3 namizəd qaldı
Topaz Premyer Liqasında “altılığ”a sonuncu vəsiqəyə 3 namizəd qalıb. Apasöprt.az saytının məlumatına görə, sonuncu tur ərəfəsində yalnız “Bakı”, “Xəzər Lənkəran” və AZAL 6-cı olmaq iddiasını saxlayır. Onlar “İnter”, “Simurq”, “Neftçi”, “Qarabağ” və “Qəbələ”yə qoşulacaq 6-cı komandanı martın 3-də baş tutacaq təsnifat mərhələsinin son turunda müəyyənləşdirəcək.

Yeganə vəsiqəyə bu günə qədər nəzəri şansları qalan “Sumqayıt” isə artıq buna ümid etmir. Buna onların XXI turun son matçındakı məğlubiyyəti səbəb olub. “Turan”a öz meydanında 0:1 hesabı ilə uduzan sumqayıtlılar 6-cı pillədə olan “Bakı”dan 6 xal uzaq düşüb. Bu fərqi isə son turda qaldırılması mümkünsüzdür. Bununla da Bernhard Raabın yetirmələrinin 7-12-ci yerlər uğrunda mübarizə aparacaq ikinci “altılıq”da oynayacağı rəsmiləşib.