Talıbov süni örtükdən şikayətləndi
24.02.2013 - 17:24
Talıbov süni örtükdən şikayətləndi
“Turan”ın baş məşqçisi Əfqan Talıbov Topaz Premyer Liqasının XXI turunun “Bayil Arena”da keçirilməsindən narazı qalıb. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı komandasının 1:0 hesabı ilə qalib gəldiyi çempionat matçının süni örtüklü meydanda keçirilməsindən şikayətlənib.

Talıbov belə örtüyün futbolçuların çıxışına mənfi təsir etdiyini açıqlayıb: “Futbolçularımıza belə süni meydançada oynamaq çətinlik yaradır. Bu qarşılaşmada hər 2 komanda mübarizə apardı. Meydandakı komandalardan heç biri aşkar üstünlüyə malik deyildi. Qol imkanları yaratsaq da onlardan istifadə edə bilmədik. Maddi durumumuz yaxşılaşdıqca müqaviləsi bitəcək futbolçuları indidən komandada saxlamağa çalışacağıq”.