Yığmamız 3 oyun keçirəcək
25.02.2013 - 10:23
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının növbəti təlim-məşq toplanışının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Arif Əsədovun yetirmələri martın 16-dan 25-ə qədər Finlandiyada hazırlıq keçəcək.
Yığmamız martın 18-də Finlandiya, martın 22-də və 24-də isə Estoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Mənbə: affa.az
Yığmamız martın 18-də Finlandiya, martın 22-də və 24-də isə Estoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Mənbə: affa.az
0
0