Berti Foqts: Dünyada 42-ci
25.02.2013 - 10:37
 Berti Foqts: Dünyada 42-ci
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı baş məşqçilərinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 1996-2012-ci illəri əhatə edən dövrün ən yaxşı 245 mütəxəssisinin yer aldığı siyahıda azərbaycanlı çalışdırıcılar yer almayıb.

Əvəzində millimizin almaniyalı baş məşqçisi Berti Foqts 43 xalla planetin 42-ci çalışdırıcısıdır. “Bakı”nın sabiq baş məşqçiləri almaniyalı Vinfred Şafer və latviyalı Aleksandr Starkov da ən yaxşılar arasında yer alıb. Şafer 22 xalla 88-ci, Starkov 19 xalla 100-cüdür.

Qeyd edək ki, siyahıya İngiltərə “Mançester Yunayted”inin çalışdıran Aleks Ferqyuson başçılıq edir - 254 xal. Şotlandiyalı “Arsenal”dakı fransalı həmkarı Arsen Vengeri 59 xal qabaqlayır. İspaniya “Real”ının portuqaliyalı baş məşqçisi Joze Mourinyo isə 174 xalla 3-cüdür.