Babək Quliyev: “Xəzər Lənkəran” üçün bacardığım köməyi etməyə hazıram
25.02.2013 - 11:57
Babək Quliyev: “Xəzər Lənkəran” üçün bacardığım köməyi etməyə hazıram
“Məlum hadisələrdən sonra 4 il futboldan qıraqda qaldım. “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov sağ olsun ki, məni bu gündən klubuna idman direktoru vəzifəsinə təyin etdi. Futbola qayıtdığıma görə çox sevinirəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın yeni idman direktoru Babək Quliyev deyib. 2009-cu ilin martında hakimlikdən kənarlaşdırılan sabiq FİFA referisi futbola qayıdışı reallaşıb. Belə ki, 39 yaşlı Quliyev türkiyəli Cüneyt Biçərin gedişindən sonra boş qalan idman direktoru postuna gətirilib.

O, “Xəzər Lənkəran” üçün bacardığı köməyi etməyə hazır olduğunu bildirib: “Bu cəhətdən problem olmamalıdır. Əlbəttə, futbola qayıdışımın bu istiqamətdə olacağını gözləmirdim. Mən gözləyirdim ki, hakimliyə qayıdım. Hər halda, bu da futboldur, futbolun içindəyəm. Başqa idman növü deyil ki, deyim ki mənə tanış olmasın. Mən ömrümü futbola vermiş bir insan kimi komandada çalışıramsa, bu da mənim üçün bir işdir”.

Mehman SÜLEYMANOV