Yığmamız “İnter”in meydanında - FOTO
25.02.2013 - 13:20
Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandasının oynayacağı məkan müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Slovakiyada keçiriləcək 2-ci qrupun oyunları Bratislavada baş tutacaq.
Meydan sahibləri ilə yığmamızla yanaşı, Norveç, Bosniya və Herseqovinanın da mübarizə apardığı qrip matçları “İnter Hala Pasienki”də baş tutacaq. Bu idman sarayı yerli “İnter” basketbol klubuna məxsusdur. 1959-cu ildə inşa olunan idman qurğusunda basketboldan başqa həndbol, voleybol, futzal vı digər idman növləri üzrə yarışlar keçirilir. Sərgi, konsert və digər tədbirləri də qəbul edən arenanın tutumu tədbirdən asılı olaraq 5500-6100 tamaşaçıdır.
Qeyd edək ki, millimiz martın 27-də Norveç, 28-də Bosniya və Herseqovina, 30-da Slovakiya ilə qarşılaşacaq.

0
0