“Kəpəz”in gəncəli futbolçuları getdi
25.02.2013 - 13:23
AZAL ilə oyundan sonra "Kəpəz"in baş məşqçisi Mahmud Qurbanov futbolçulara 2 gün istirahət verib. Apasport.az saytının məlumatına görə, bundan öncəki turda "Rəvan"a qarşı matçın ardından komanda üzvlərinə dincəlmək imkanı verməyən çalışdırıcı bunun əvəzində bu dəfə istirahət günlərinin sayını artırıb.
Komanda sabah məşqləri bərpa edəcək. Sabaha təyin olunan hazırlıq prosesi saat 16:00-da baş tutacaq. Məşq "Dalğa Arena"da keçiriləcək.
Qeyd edək ki, istirahət günlərindən istifadə edən "Kəpəz"in gəncəli futbolçuları doğma şəhərə - ailə üzvlərinə baş çəkməyə gedib.

0
0