Azərbaycan yığmasının oyunu 2 avroya
25.02.2013 - 15:23
Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində iştirak edəcək Azərbaycan milli komandasının oyunlarına biletlərin qiyməti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Slovakiyada keçiriləcək 2-ci qrupun oyunlarına giriş 2 və 4 avroya olacaq. Bu isə biletlərin qiymətlərinin müvafiq olaraq 2 manat 7 qəpik və 4 manat 14 qəpik olması anlamına gəlir.
Bratislavadakı turnirdə çıxış edəcək Azərbaycan, Slovakiya, Norveç, Bosniya və Herseqovina milliləri “İnter Hala Pasienki” İdman Sarayında yarışacaq. Yığmamız martın 27-də Norveç, 28-də Bosniya və Herseqovina, 30-da Slovakiya ilə qarşılaşacaq.

0
0