Azərbaycanda 11-ci rekordçu futbolçu
25.02.2013 - 15:47
Azərbaycanda 11-ci rekordçu futbolçu
Topaz Premyer Liqasının XXI turu AZAL-ın milliləşən nigeriyalı futbolçusu Usim Nduka üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, klub yaranandan komandanın şərəfini qoruyan afrikalı Premyer liqada 200-cü matçına çıxıb.

2005/06
Olimpik (Bakı)
22
1
2006/07
Olimpik (Bakı)
22
2007/08
Olimpik (Bakı)
26
1
2008/09
Olimpik (Bakı)
24
2009/10
Olimpik-Şüvəlan (Bakı)
29
2010/11
AZAL (Bakı)
31
3
2011/12
AZAL (Bakı)
27
2012/12
AZAL (Bakı)
19
200
5

AZAL-ın tarixinə ən çox oyun keçirən futbolçu Azərbaycanda çıxış etmiş legionerlər arasında 2-ci göstəriciyə malikdir. Nduka yalnız milliləşən ukraynalı Aleksandr Çertoqanovla müqayisədə az oyun keçirib. Hazırda “Qəbələ”nin şərəfini qoruyan sonuncu çıxış etdiyi klubların heyətində ümumilikdə 203 çempionat matçına çıxıb.

Lakin Usim ondan fərqli bütün oyunlarını 1 komandada keçirib. Azərbaycan çempionatları tarixində 1 klubun heyətində 200 və daha çox oyun keçirmək isə Ndukaya qədər cəmi 10 futbolçuya nəsib olmuşdu. Bu siyahıya ilk legioner kimi daxil olan nigeriyalı ümumilikdə 11-ci oldu.

Aslan Kərimov
Qarabağ (Ağdam)
268
Sakit Alıyev
Turan (Tovuz)
248
Müşfiq Hüseynov
Qarabağ (Ağdam)
244
Nizami Sadıqov
Turan (Tovuz)
237
Səttar Əliyev
Qarabağ (Ağdam)
230
Yaşar Hüseynov
Qarabağ (Ağdam)
226
Müşfiq Vəliyev
Viləş (Masallı)
221
Alay Bəhramov
Viləş (Masallı)
220
Eltay Aslanov
Turan (Tovuz)
208
Nadir Nəbiyev
Turan (Tovuz)
204
Usim Nduka
AZAL
200