“Xəzər Lənkəran” Xocalı soyqırımı qurbanlarını andı - FOTO
25.02.2013 - 16:22
“Xəzər Lənkəran” bu gün Xocalı soyqırımı qurbanlarını yad edib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Lənkəran təmsilçisinin futbolçulardan və inzibati işçilərindən ibarət heyəti Ana Fəryadı heykəli qarşısına əklil qoyaraq bu qanlı faciənin 21-ci ildönümündə də Xocalı şəhidlərini unutmadıqlarını ifadə ediblər. Yerli məşqçilər legioner futbolçuları faciə haqında məlumatlandıraraq, onlara həmin hadisələrin təfərrüatlarını danışıblar.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0