“Qarabağ” II Bundesliqada oynaya bilər” - MÜSAHİBƏ
25.02.2013 - 17:12
“Sumqayıt”ın türkiyəli yarımmüdafiəçisi Can Akgünün apasport.az saytına müsahibəsi
- Regionalliqa klubu “Berliner AK”dan “Sumqayıt”a transfer olunduz. Bu necə baş tutdu?
- Bizim almaniyalı baş məşqçimiz Bernhard Raab Berlinə gəlmişdi. Orda bir matçımızı izləmişdi. Daha sonra mənə ondan dəvət gəldi. Gəlib “Sumqayıt”da məşqlərə çıxdım. Beləcə anlaşdıq və müqaviləyə qol çəkdim.
- Pərdis Fərcad-Azad da həmin klubdan “Sumqayıt”a gəlmişdi. Keçidinizdə Pərdisin rolu oldumu?
- Pərdis və Murat Doymuşla “Berliner AK”da bir komanda yoldaşı olmuşuq. Onlar da mənim keçidim üçün baş məşqçi ilə danışıblarmış.
- Bura gələndə onlardan məsləhətlər aldızmı?
- Bəli. Mənə ölkənizin futbolu haqda məlumatlar verdilər. Dedilər ki, çempionatın səviyyəsi yaxşıdır, bir neçə yaxşı futbolçu burda çıxış edir. Bir neçə şey haqda mənə bilgi verdilər.
- Artıq “Sumqayıt”da 3 oyunda meydana çıxmısız...
- Elədir. 3 matçın 3-də də meydana sonradan daxil olmuşam. Hələ ilk “11-lik”də oynamıram.
- Start heyətdə yer almamağınızın səbəbi nədir?
- 100 faiz halında tam hazır deyiləm. Ancaq yavaş-yavaş özümə gəlməyə başlayıram. Ən çoxu 1 həftədən sonra qaydasına düşəcəm.
- Hansı mövqedə çıxış edirsiz?
- Mənim çıxış etdiyim amplua sağ və sol cinah yarımmüdafiəsidir. Ancaq hücumda da oynaya bilirəm. Baş məşqçimiz “Sumqayıt”da məni sol və sağ insaydlar kimi oynadır.
- “Bakı”, “Qarabağ” və “Turan”a qarşı oynamısız. Bu 3 oyuna əsasən deyə bilərsizmi, hansı klubumuz Almaniyada çıxış edə bilər?
- Vallah, yalnız meydanda olduğum komandaların oyununu görmüşəm. Bu üzdən “Qarabağ”ın II Bundesliqada oynaya biləcəyini deyə bilərəm. Bu komandanın daha orda hansı pillələrdə qərarlaşacağını deyə bilmərəm. Ancaq onu bilirəm ki, çox gözəl oyun nümayiş etdirirlər.
- “Turan”a dünən yenilməsəydiz, ilk “altılıq” şansınızı son tura kimi qoruyub saxlayacaqdız. Bunu bilirdiz?
- Əlbəttə, bilirdim. Təəssüf ki, uduzduq. Buna çox məyus olduq. Çünki “Turan” bizdən turnir cədvəlində aşağı pillədə olan komanda idi. Hazırda hamı məyusdur. Qalib gəlsəydik, ilk “altılıq” şansımız qalacaqdı. Son turda da “Xəzər Lənkəran”a qalib gəlsəydik, pley-offda mübarizə apara bilərdik.
- Azərbaycanla bağlılığınız var?
- Ana tərəfdən bağlılığım var. Onun atası Azərbaycandan Türkiyəyə köçənlərdən olub.
- Türkiyədən Almaniyaya köçdünüz?
- Mən Almaniyada doğuldum. Anamgil isə 24-25 il əvvəl Türkiyədən, Trabzona yaxın bölgədən ora köçüb. Mən heç vaxt orda olmamışam.
- Bura gəlməzdən öncə azərbaycanəsilli olan Uğur Pamuku tanıyırdızmı?
- Bilirəm ki, məndən qabaq “Sumqayıt”da çıxış edib. Komanda yoldaşlarım Almaniyada yaşayan belə bir futbolçunun olduğunu mənə deyib. Ancaq şəxsən onunla tanışlığım yoxdur, yalnız adını eşitmişəm.
- Son turda onun komandasına qarşı oynayacaqsız. “Xəzər Lənkəran”la oyun haqda fikirlərin necədir?
- Hər matçda xal qazanmaq niyyətindəyik. Bu oyunda da qələbə qazanmaq istəyirik. Bu da əlimizdədir. İnşallah, yaxşı oynayıb qələbə qazanarıq. Bir sözlə qələbəyə oynayacağıq.
- “Sumqayıt”da oynayan azərbaycanəsilli futbolçulardan Pərdislə Uğur sonradan milli pasport alaraq yığmaya çağırıldı. Sizə AFFA-dan hələ ki belə bir təklif olmayıb ki?
- Hələ ki təklif olmayıb. Çünki özümü tam şəkildə göstərə bilmədim. Amma təbii ki, hər bir futbolçu milli komandada çıxış etmək istəyər. Bu istək hamının daxilində var. Yaxşı oynasam, komanda yaxşı çıxış etsə, millidən dəvət gələ bilər. Niyə də olmasın? Bu məndən asılıdır. Hələ ki özümü burda göstərə bilməmişəm. Ancaq təklif olarsa, milli komandada çıxış etmək istəyərəm.
Səbuhi TOFİQOĞLU

0
0