FİFA-dan 3-cü lisenziya
25.02.2013 - 17:20
FİFA-dan 3-cü lisenziya
Futbolda vurulan qolların avtomatik qeydə alınması sistemi üzrə daha bir şirkət lisenziya alıb. Apasport.az saytının məlumatına görə, FİFA “CAİROS” şirkətinə stadionlarla bu sahədə əməkdaşlıq etmək hüququ verən müvafiq sənədi verib.

Bu sistem İsveçrənin EMPA institutunda və Almaniya stadionlarında sınaqdan keçirilib. “CAİROS” “GoalRef” və “Hawk-Eye”dən sonra FİFA lisenziyası alan 3-cü texnologiyadır.

Qeyd edək ki, FİFA DÇ-2014-ün final mərhələsində qolların avtomatik qeydə alınması sistemindən istifadə olunacağını açıqlayıb.