Azarkeşlər Balotellini təhqir etdiyi üçün “İnter” cəzalandırıldı
25.02.2013 - 23:50
Azarkeşlər Balotellini təhqir etdiyi üçün “İnter” cəzalandırıldı
İtaliya “İnter”i 15 min avro cərimələnib. Apasport.az saytının məlumatına görə, buna A seriyasının 26-cı turunda “Milan”la qarşılaşmada meydan sahiblərinin azarkeşləri “rossonerlər”in hücumçusu Mario Balotellini təhqir etməsi səbəb olub.

Belə ki, Milan derbisində “İnter”in azarkeşləri forvarda hava ilə doldurulan bananlar ataraq sataşıblar.

Qeyd edək ki, Balotelli dörd il ərzində (2007-2010) “İnter”in şərəfini qoruyub.