Çempiondan əzmkar qələbə
26.02.2013 - 00:05
Çempiondan əzmkar qələbə
Türkiyə Superliqasında 23-cü turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, son matç günündə bir qarşılaşma baş tutub.

“Qalatasaray” “Türk Telekom Arena”da “Orduspor”la münasibətlərinə aydınlıq gətirib. Görüş “Cim-Bom”un əzmkar qələbəsi ilə nəticələnib. Lakin matç İstanbul klubu üçün yaxşı başlamayıb.

Belə ki, ev sahibləri əvvəlcə 15-ci dəqiqədə Səlcuk İnanın gözlənilməz avtoqolu, ardınca sabiq futbolçusu Stankunun penaltidən vurduğu topla fasiləyə 0:2 hesablı məğlubiyyətlə yollanıb. İkinci yarıda isə meydana sanki tamam başqa “Qalatasaray” çıxmışdır. Fatih Terimin yetirmələri rəqibini düz 4 dəfə mərkəzdən başlamağa məcbur edərək yerli azarkeşlərini sevindirib.

Beləliklə, “Orduspor”u 4:2 hesabı ilə məğlub edən “Qalatasaray” turnir cədvəlində xalını 46-ya çıxaraq, liderliyini davam etdirir. “Cim-Bom”dan 6 xal geri olan “Fənərbaxça” isə 2-ci sırada qərarlaşıb.


Türkiyə Superliqası

23-cü tur

22 fevral

“Qaziantepspor” - “Bursaspor” - 2:1
Sernas, 27, Tosun, 78-pen - Batalya, 38

23 fevral

“İstanbul BB” - “Əskişəhərspor” – 2:2
Holmen, 18; 90-pen – Akaminko, 52, Zəngin, 81

“Elazığspor” - “Antalyaspor” – 2:1
Gürlər, 6, Cakir, 60 – Promise, 20

“Mersin İdmanyurdu” - “Trabzonspor” – 0:1
Enrike, 36

“Sivasspor” - “Beşiktaş” – 0:1
Hilbert, 82

24 fevral

“Kayserispor” - “Gənclərbirliyi” - 1:0
Dursun, 53

“Fənərbaxça” - “Kasımpaşa” - 3:1
Vebo, 60, Belözoğlu, 90-pen, Sou, 90 - Uçe, 2-pen

“Karabükspor” - “Akhisar BS” - 0:2
Kisa, 32, Gekas, 36

25 fevral

“Qalatasaray” - “Orduspor” - 4:2
Sneyder, 58, Burak, 68; 71, Səlcuk, 78 - Səlcuk, 15-avtoqol, Stanku, 45-pen