Sneyder yeni komandasında ilk qolunu vurdu
26.02.2013 - 00:30
Sneyder yeni komandasında ilk qolunu vurdu
Qış transfer pəncərəsində “Qalatasaray”ın İtaliya “İnter”indən heyətinə qatdığı hollandiyalı yarımmüdafiəçisi Uesli Sneyder yeni komandasının formasını geydiyi 5-ci rəsmi oyunda ilk qolunu vurub. Apasport.az saytının məlumatına görə, ulduz futbolçu Türkiyə Superliqasının 23-cü turunda “Orduspor”la (4:2) qarşılaşmada, matçın 58-ci dəqiqəsində rəqibi cəzalandırıb.

Oyunda 0:2 hesabı ilə geri olan “Cim-Bom” Sneyderin qolu sayəsində fərqi azaldıb.

Qeyd edək ki, Uesli Sneyder “Qalatasaray”da debüt oyununu Türkiyə Superliqasının 19-cü turunda “Beşiktaş”la (2:1) matçda keçirib. O, görüşün 57-ci dəqiqəsində Əmrə Çolağın yerinə meydana daxil olub.