44 matçdan sonra
26.02.2013 - 04:20
44 matçdan sonra
“Qalatasaray” 44 oyundan sonra bir ilk hadisəyə imza atıb. Apasport.az saytının məlumatına görə, buna “Cim-Bom” Türkiyə Superliqasının 23-cü turunda “Orduspor”la oyunda 0:2 hesabı ilə geri olduğu matçda rəqibini 4:2 hesabı məğlub etməsi səbəb olub.

Belə ki, İstanbul nəhəngi sonuncu dəfə 44 oyun bundan əvvəl yəni 2011-2012-ci il mövsümünün 19-cu turunda “Samsunspor”la qarşılaşmanın ilk hissəsini eyni 0:2 hesabı ilə uduzub. Lakin “Qalatasaray” ikinci yarıda oyunun taleyini dəyişib – 4:2. Maraqlısı isə ondan ibarətdir ki, həmin görüşdə Səlcuk İnan 1 qola imza atıb.

Qeyd edək ki, “Qalatasaray” - “Orduspor” matçında dubl edən Burak Yılmaz son 4 oyunda 6 dəfə rəqib qapılarına yol tapıb.