Paytaxt derbisi FİFA referisinə tapşırıldı
26.02.2013 - 16:07
Paytaxt derbisi FİFA referisinə tapşırıldı
Sabah ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunları baş tutacaq. Apasport.az saytının məlumatına görə, artıq həmin 4 görüşə təyinatlar açıqlanıb. Biləcəri qəsəbəsində baş tutacaq olan Bakı derbisi gənc FİFA referimiz Rəhim Həsənova tapşırılıb.

27 fevral
“Simurq” – “Neftçi”
Hakimlər: Fariz Yusifov, Elman Musayev, İsgəndər Əliyev, Ömər Paşayev

“Qəbələ” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov

“Bakı” – “İnter”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Orxan Məmmədov

“Rəvan” – “Xəzər Lənkəran”
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Coşqun Həsənov, Ramil Diniyev