Erik Ramos: Hər iki cəbhədə maksimum nəticə qazanacağıq
26.02.2013 - 18:43
Erik Ramos: Hər iki cəbhədə maksimum nəticə qazanacağıq
“Göstərdiyimiz oyunun və qazandığımız nəticələrin məntiqi olaraq ilk pillədə qərarlaşmışıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Erik Ramos deyib.

Yarımmüdafiəçi klubun saytına verdiyi açıqlamada komandasının həm çempionat, həm də kubokda iddialı olduğunu bildirib: “Bunun davamını qarşıdakı oyunlarda da gətirib çempionluğu əldə etmək niyyətindəyik. Biz komanda olaraq hücum futbolu nümayiş etdiririk. İstənilən rəqiblə qarşılaşmada yalnız qələbəyə köklənirik. Azərbaycan kubokunda da eynilə iddialıyıq. İnanıram ki, hər iki cəbhədə maksimum nəticə qazanacağıq”.
0