Messi Di Stefanonun rekordunun bir addımlığında
27.02.2013 - 00:30
Argentinalı hücumçu Lionel Messi digər həmvətəni Alfredo Di Stefanonun rekordunu yeniləyə bilər. Apasport.az saytının məlumatına görə, “Real”ın veteran futbolçusu “Barselona”nın qapısından 18 qol keçirməklə “El Klassiko” tarixində ən çox top vuran futbolçu ünvanına sahibdir.
Di Stefanonun ən yaxın izləyicisi Messi isə Madrid klubunu 17 dəfə cəzalandırıb. Bu vaxta qədər Raulun 15 və digər futbolçular Sezarın, Fransisko Qentonun, Fernç Puskasın isə 14 qolu var.
Qeyd edək ki, İspaniya Kral kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında Messi yenidən fərqlənmək imkanına malikdir.

0
0