Livanda 23 futbolçu cəzalandırıldı
27.02.2013 - 04:48
Orta Şərq ölkələrindən Livan Futbol Federasiyası 23 futbolçunu oyun alqı-satısı ilə bağlı olaraq cəzalandırıb. Apasport.az saytının məlumatına görə, bu oyunçular arasında sözügedən ölkənin milli komandasının formasını geyinən futbolçular da var.
Bunlar Livan 1-ci liqası və Asiya Kubokunda keçirilən matçlarda oyun alqı-satısı edən şəxslərlə əlbir olublar.
Həmin futbolçulardan 2-si ömür boyu futboldan uzaqlaşdırılıb və 15 min dollar pul cəzası ilə cərimələnib. 2 oyunçu 3, 19 futbolçu isə 1 mövsüm futboldan kənarlaşdırılıb.

0
0