Ronaldinyonun bəxti gətirdi - VİDEO
28.02.2013 - 00:12
Braziliyanın yetişdirdiyi ən önəmli futbolçularından olan Ronaldinyo Libertadores kuboku matçında böyük bir zədədən xilas olub. Apasport.az saytının məlumatına görə, ulduz oyunçuya edilən bu sərt kobudluq, tarixin ən pis hərəkətlərindən biri olaraq göstərilib.
Belə ki, “Atletiko Mineiro” komandası çərşənbə axşamı günü Libertadores kubokunda “Arsenal”a (5:2) qarşı matçda rəqib komandanın müdafiəçisi Ronaldinyonun ayağına çox sərt bir şəkildə oynayıb. Cərimə meydançasının daxilində edilən bu hərəkətdən sonra hakim rəqibin qapısına penalti təyin edib. Lakin referi həmin futbolçunu nə sarı, nə də qırmızı vərəqə ilə cəzalandırıb.
Bir müddət ağrılar içərisində yerdə qalan Ronaldinyo, daha sonra təyin edilən penaltini yerinə yetirib. O, topu tora daxil etmək əvəzinə, birbaşa qapı dirəyini nişan alıb.
Oyundan sonra isə Ronaldinyo ona kobudluq edən rəqibinin əl uzatmasına hirslə yaxınlaşmayıb və braziliyalı futbolçu müdafiəçinin əlini sıxıb.

0
0