UEFA-dan “Fənərbaxça”ya daha bir zərbə
28.02.2013 - 00:46
UEFA “Fənərbaxça”nı yenidən cəzalandırıb. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu İstanbul təmsilçisini 1 matçlıq azarkeşsiz keçirməsinə qərar verib.
Buna isə Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyun günüdə BATE ilə qarşılaşmada azarkeşlərin stadionun çöl tərəfindən meydana paraşütlə atdığı yanan məşəllər səbəb olub. Həmin matçda “Fənərbaxça”nın azarkeşləri cəzalı olduğu üçün komandalarını “Şükrü Saracoğlu” stadionunun çöl tərəfində izləyirdilər.
Həmçinin UEFA “Fənərbaxça”nın futbolçusu Raul Merelesi də cəzalandırıb. Belə ki, portuqaliyalı yarımmüdafiəçi BATE ilə Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyun günündə birbaşa qırmızı vərəqə aldığı üçün 3 matç komandasına kömək edə bilməyəcək.
Bundan başqa UEFA İstanbul klubuna ciddi xəbərdarlıq edib. Belə ki, iki il ərzində “sarı bülbüllər” yenidən bu tipli hadisələrlə gündəmə gəlsə, UEFA qarşılaşmalarında oynama haqqı olsa belə turnirə alınmayacaq.
Qeyd edək ki, “Fənərbaxça” 3 gün ərzində UEFA-ya etiraz etmək hüququna malikdir.

0
0