Millimizin futbolçusu oynamadı, komandası qazandı
28.02.2013 - 01:53
Türkiyə kubokunun qrup mərhələsində sonuncu turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk matç günü üç qarşılaşma baş tutub.
A qrupunda növbəti mərhələni özünə ötən turlardan təmin edən “Fənərbaxça” qrupda iddiası olmayan “1461 Trabzon”ı qonaq edib. Bol qollu keçən görüşdə Qara dəniz təmsilçisi qələbəni bayram edib - 2:3.
Beləliklə, İstanbul klubu qrupda ilk məğlubiyyətini alıb. Trabzonlular isə qrupdakı son matçında ilk qələbəsini qazanıb.
A qrupundan fərqli olaraq B qrupunda iki qarşılaşma reallaşıb. Belə ki, Azərbaycan millisinin futbolçusu Ufuk Budaqın şərəfini qoruduğu “Əskişəhərspor” səfərdə “Mersin İdmanyurdu” ilə münasibətlərinə aydınlıq gətirib. Zədə səbəbi ilə heyətdə yer almayan təmsilçimizin komandası rəqibini 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Doğma publika önündə “Antalyaspor”u qəbul edən “Trabzonspor” isə qonaqları tək qolla üstələyib. 35-ci dəqiqədə Marek Saparanın vurduğu top Tolunay Kafkasın kollektivinə 3 xal gətirib – 1:0.
Qeyd edək ki, B qrupunun lideri olan “Trabzonspor” yarımfinalda “Sivasspor”la, qrup ikincisi olan” Əskişəhərspor” isə “Fənərbaxça” ilə üz-üzə gələcək.
Türkiyə kubokunun qrup mərhələsinə bu gün keçiriləcək “Bursaspor” – “Sivasspor” matçı ilə yekun vurulacaq.
Türkiyə kuboku
Qrup mərhələsi
A qrupu
27 fevral
“Fənərbaxça” - “1461 Trabzon” - 2:3
Caner, 32, Səlçuk, 40 - Tiryaki, 36, Ərdoğan, 66, Jebrin, 86
28 fevral
“Bursaspor” - “Sivasspor”
B qrupu
27 fevral
“Trabzonspor” - “Antalyaspor” - 1:0
Sapara, 35
“Mərsin İdmanyurdu” - “Əskişəhərspor” - 0:3
Akaminko, 48, Zəngin, 59, Dəmirhan, 77

0
0