“Bordo” ilə PSJ 1/4 finalda
28.02.2013 - 03:44
“Bordo” ilə PSJ 1/4 finalda
Fransa kubokunun 1/8 final mərhələsində digər oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, ikinci matç günündə dörd qarşılaşma baş tutub.

“Bordo” səfərdə aşağı liqa təmsilçisi “Raon L Etape” ilə üz-üzə gəlib. Görüşün əsas vaxtı 2:2 hesablı bərabərliklə başa çatdığından qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Burada isə daha dəqiq oynayan qonaqlar növbəti mərhələyə adlayıblar.

Günün maraqlı oyunu PSJ ilə “Marsel” arasında baş tutub. Paris klubu İsveçrə milli komandasının hücumçusu Zlatan İbrahimoviçin dublu sayəsində adını 1/4 finala yazdırıb.

Qeyd edək ki, Fransa kubokunda 1/8 final mərhələsinin oyunlarına bu gün yekun vurulacaq.


Fransa Kuboku

1/8 final mərhələsi

26 fevral

“Soşo” - “Troye” - 1:2
Boudebous, 90-pen – Bahrebek, 10, Faussurier, 89

“Evyan” - “Le Havr” - 3:1
Beriqaud, 24; 49, Xəlifə, 90 - Riviere, 80

“Sent-Etyen” - “Lill” - 3:2
Cedyu, 44-avtoqol, Aubameyanq, 50, Brandao, 75 - Basa, 33, Kalu, 82

27 fevral

“Loryan” - “Brest” - 3:0
Manqa, 64, Əliadiere, 70; 90

“Raon L Etape” - “Bordo” 2:2 (5:3-pen)
Dye, 65, Keyta, 99 - Obraniak, 59, Diabete, 123

“Venissieux Minquettes” - “Nansi” - 0:2
Moukannyo, 107, Ayasse, 120

PSJ - “Marsel” - 2:0
İbrahimoviç, 34; 64

28 fevral

“Lans” - “Epinal”