Finalda Madrid derbisi
28.02.2013 - 04:17
Finalda Madrid derbisi
İspaniya Kral kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasının oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, ikinci matç günündə bir görüş baş tutub.

İlk oyun gündə səfərdə “Atletiko”ya 2:1 hesabı ilə məğlub olan “Sevilya” bunun əvəzini doğma publika öndə çıxmağa çalışıb. Lakin meydan sahibləri həm rəqibinin müqaviməti ilə üzləşib, həm də turnirlə vidalaşıb - 2:2.

Beləliklə, ötən gün “Nou Kamp”da “Barselona”nı 3:1 hesabı ilə üstələyən “Real” Kral kubokunun finalında digər Madrid klubu ilə üz-üzə gələcək.


İspaniya Kral kuboku

Yarımfinal mərhələsi (cavab oyunu)

26 fevral

“Barselona” - “Real” - 1:3
Alba, 89 - Ronaldo, 13; 57, Varan, 68
(ilk oyun - 1:1)

27 fevral

“Sevilya” - “Atletiko” - 2:2
Navas, 39, Rakitiç, 90 - Kosta, 6, Falkao, 29
(ilk oyun - 1:2)