“İnter” Con Karyudan imtina etdi
28.02.2013 - 07:24
Con Karyunun “İnter”ə keçidi reallaşmayıb. Apasport.az saytının məlumatına görə, buna Norveç milli komandasının sabiq forvardının “Milan” təmsilçisində tibbi müayinədən keçə bilməməsi səbəb olub.
33 yaşlı hücumçu fitness-testlərini yerinə yetirməyi bacarmayıb. Daha sonra onun məşqə çıxmasına da icazə verilməyib. Bundan sonra Karyu “İnter”in düşərgəsini tərk edib.
Qeyd edək ki, “İnter”in hücumçusu Dieqo Milito zədəli olduğu üçün mövsümün sonuna qədər komandasına kömək edə bilməyəcək. Elə rəhbərlik də norveçli forvardı Argentina milli komandasının futbolçusunun əvəzinə heyətinə qatmağı planlaşdırırdı.

- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
0
0