Barton İbrahimoviçin burnunu lağa qoydu - VİDEO
28.02.2013 - 07:53
Barton İbrahimoviçin burnunu lağa qoydu -  VİDEO
Fransa kubokunun 1/8 final mərhələsində PSJ-nin “Marsel”i qonaq etdiyi matçın 37-ci dəqiqəsində hakimin verdiyi qərarı bəyənməyib etiraz edən Zlatan İbrahimoviçlə rəqib komandanın futbolçusu Coy Barton arasında maraqlı bir insident yaşanıb. Apasport.az saytının məlumatına görə, Paris klubunun futbolçusu ilə qəzəbli halda danışan ingiltərəli yarımmüdafiəçi daha sonra onun burnunu lağa qoyub.

İbrahimoviç isə buna əl hərəkəti ilə cavab verib.

Qeyd edək ki, PSJ “Marsel”i Zlatanın vurduğu 2 qolla məğlub edərək 1/8 finala vəsiqə qazanıb.