Domingesi Abışovun yanına buraxmadılar
28.02.2013 - 09:16
Domingesi Abışovun yanına buraxmadılar
Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovu transfer edən “Rubin” tarixində ən yaxşı futbolçulardan olan Aleksandr Domingesi qaytara bilməyib. Apasport.az saytının məlumatına görə, kazanlılar son ana kimi danışıqlar apardığı İspaniyanın “Rayo Valekano” klubu ilə maddi məsələlərdə razılığa gələ bilməyib.

31 yaşlı argentinalı yarımmüdafiəçi 21 matçda 3 qol vurduğu İspaniyada karyerasını bitirib, yenidən Rusiya Premyer Liqasında oynamağa hazır olsa da, onun istəyi yetərli olmayıb. O, “Rubin”də 2004-06-cı illərdə və 2009-cu illərdə oynayaraq, çempionluq qazanıb.

Domingesin qayıdışının baş tutmamağı ilə Ruslan kazanlıların qış fasiləsində son transferi olub. Yeri gəlmişkən, kazanlıların bu müddətdə heyətinə cəlb etdiyi Özbəkistan yığmasının futbolçusu Vagiz Qaliullin Abışova yaxşı tanışdır. Belə ki, “Nefteximik”dən gələn yarımmüdafiəçi Ruslan “Neftçi”də oynadığı vaxtda - 2010-cu ilin yayında baxışda olsa da, bəyənilməmişdi. Həmin vaxt “Rubin”ə məxsus olan Vagiz Rusiyaya qayıdaraq, I divizion təmsilçisi “Sibir”ə keçmişdi.