Kaş “Xəzər Lənkəran”a keçəydim!
28.02.2013 - 10:29
Rumıniya millisinin futbolçusu Draqoş Qriqore karyerasını Buxaret “Dinamo”sunda davam etdirdiyinə peşmandır. Apasport.az saytının məlumatına görə, 27 yaşlı mərkəz müdafiəçisi paytaxt təmsilçisinin rəhbərliyindən incik düşüb.
Bunu açıq-aşkar büruzə verən Draqoş “Dinamo” rəhbərliyinin qış “transfer pəncərəsi”ndə onu heyətində saxlamasından narazı qalıb.
Belə ki, maliyyə problemləri içində batan Rumıniya çempionatını tərk etmək istəyən müdafiəçisinin arzusunun gerçəkləşməsinə klub rəhbərliyi əngəl olub. Onlar Qriqoreni transfer etmək istəyən 2 kluba elə qiymət “oxuyub” ki, bu keçid baş tutmayıb.
Müdafiəçini transfer etmək istəyənlər isə Azərbaycan klubu “Xəzər Lənkəran” və Çinin “Tyantszin Teda” klubları idi. Lakin “Dinamo” millidə 2 oyun keçirən müdafiəçinin transferinə imkan verməyib.
Qeyd edək ki, Draqoş 2008-ci ildən “Dinamo”da çıxış edir.

0
0