Toni Doblasın Azərbaycan dilində yazdığı tvit
28.02.2013 - 11:16
“Xəzər Lənkəran”ın ötən ay transfer etdiyi qapıçı Toni Doblas əsas heyətə düşməkdə çətinlik çəksə də, meydandan kənarda özünü göstərə bilir. Apasport.az saytının məlumatına görə, hələlik gənc Orxan Sadıqlı ilə rəqabətdə uduzan ispaniyalı legioner ölkəmizdəki vaxtını səmərəli keçirir.
Cəmi 1 aydır “ağ-yaşıllar”ın düşərgəsində olan Doblas ölkəmizə gəlib-getmiş yüzlərlə legionerdən fərqli, Azərbaycan dilini öyrənir: “Səhərlər məşqə qədər olan vaxtımı boşa vermirəm. Bu müddətdə Azərbaycan dilini öyrənməklə məşğulam. Amma hələlik çox az öyrənmişəm”.
Qısa müddətdə az da olsa dilimizi öyrənən ispaniyalı bu hərəkəti ilə Azərbaycanda illər keçirib, bir kəlmə də bilməyən legionerlərə əsl nümunə olub. Doblas artıq sosial şəbəkələrdəki səhifələrində də Azərbaycan dilində ifadələr yazır. Toni həmyerlilərinə “Sabahınız xeyir” ifadəsini ana dilimizdə deyir.
Qeyd edək ki, hətta müxtəlif idman növlərində milliləşən legionerlərimiz arasında da Azərbaycan dilini yetərincə bilməyənlər var.

0
0