Əvvəl U-18, sonra U-19
28.02.2013 - 12:23
Əvvəl U-18, sonra U-19
Martda Finlandiyada təlim-məşq toplanışı keçirəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının keçirəcəyi yoxlama matçlarından ikisi başqa ölkədə baş tutacaq. Apasport.az saytının məlumatına görə, Estoniya ilə martın 22-də və 24-dəki oyunlar Tallində keçiriləcək.

Millimiz bu qarşılaşmalarda fərqli rəqiblərlə görüşəcək. Əvvəl Estoniyanın U-18 komandasını sınağa çəkəcək yığmamız martın 24-də U-19-la üz-üzə gələcək.

Bu görüşlərin hər ikisi Tallinin “Sportland Arena”sında baş tutacaq. Bu meydança Estoniya milli komandasının və “Flora” klubunun oynadığı “Le Koq Arena”nın ehtiyat hissəsidir.

500 tamaşaçı tutan bu meydana “Le Koq Miniarena” da deyilir. Hər 2 qarşılaşmanın başlama saatına da aydınlıq gəlib. Martın 22-dəki görüş Bakı vaxtı ilə saat 16:00-da, 2 gün sonrakı oyun isə 15:00-da başlayacaq.