Rahid Əmirquliyev üçün yubiley
28.02.2013 - 13:07
“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev üçün Azərbaycan kubokunun 1/4 final mərhələsində “Rəvan”la ilk oyun əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi Lənkəran təmsilçisində yubiley - 25-ci qolunu vurub. O, “Rəvan”la ilk oyununda tarazlığı bərpa edərək, 2:1 hesablı qələbədə pay sahibi olub.
Klubun 9 illik tarixinə ən çox oyun keçirən futbolçu kimi düşən Rahid bu qollardan 17-ni Premyer Liqa, 5-i ölkə kuboku, 3-nü “Birlik kuboku”nda vurub. “Xəzər Lənkəran”da yalnız 3 futbolçu daha çox qol vurub. Belə ki, artıq komandada olmayanlar - Zaur Ramazanov 44, Samir Əliyev 34, Mario Souza isə 26 dəfə fərqlənib.
Lənkəranlılar Bakıdakı oyunda qol vurmaqla uğurlu seriyasını davam etdirib. Belə ki, “ağ-yaşıllar” ölkə kubokunda ardıcıl 19 oyundur meydanı qolsuz tərk etmir. Sonuncu dəfə 4 il əvvəl - 2009-cu il fevralın 25-də öz meydanında “Bakı”ya 0:1 hesabı ilə uduzan “Xəzər Lənkəran” həmin oyundan sonra kubokdakı hər matçda ən azı 1 qol vurub. Bu müddətdə cənublular 19 oyuna 32 qol vurub.
Qeyd edək ki, “Rəvan”la matç Elnur Allahverdiyevin “Xəzər Lənkəran”da yubiley – 80-ci matçı olub. Müdafiəçi bu göstəricidə 10-cu olan braziliyalı Dieqo Souzaya çatıb.
Mənbə: lankaranfc.com

0
0