Fariz Məmmədovun növbəti rəqibi müəyyənləşdi
28.02.2013 - 13:12
Fariz Məmmədovun növbəti rəqibi müəyyənləşdi
Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədovun növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, “Qəbələ” boks klubunu təmsil edən 33 yaşlı Məmmədov martın 9-da Berlində almaniyalı Boris Berglə vuruşacaq.

66 kq çəki dərəcəsində reytinq xarakterli səkkiz raundluq bu döyüş WBO versiyası üzrə baş tutacaq.

36 yaşlı Berg həvəskər boksda Avropa çempionu olub. O, peşəkar boksa 2010-cu ildən başlayıb. O vaxtdan 14 döyüş keçirən Berg bu qarşılaşmaların 6-da qalib gəlib, 7-də məğlub olub, bir döyüş isə heç-heçə başa çatıb.