Futbolçularımız bələdiyyə sədri ilə yeməkdə - FOTO
28.02.2013 - 13:53
Futbolçularımız bələdiyyə sədri ilə yeməkdə - FOTO
Dənizli bələdiyyə sədri Osman Zolan Rail Məlikovla Arif İsayevin şərəfini qoruduğu “Dənizlispor” komandasını ziyarət edib. Apasport.az saytının məlumatına görə, bələdiyyə rəhbəri “Dənizlispor”un bazasında futbolçular, məşqçilər heyəti, klub prezidenti Süleyman Urkay və digər rəsmilərlə birgə şam yeməyində olub.

Zolan ayrı-ayrılıqda futbolçular və məşqçilər heyəti ilə görüşüb söhbət edib. O, “Samsunspor”la matçda verdikləri qələbə sözünü tutduqlarına görə onlara təşəkkürünü çatdırıb, bazar günü baş tutacaq “Boluspor”la görüşdə uğurlar arzulayıb.

Klub prezidenti isə çempionatda onların qalib gələ bilməyəcəyi bir komandanın olmadığını söyləyib. Urkay hazırda turnir cədvəlində layiqli yerdə olmadıqlarını bildirib.