“Xəzər Lənkəran” azarkeşlərindən maraqlı addım
28.02.2013 - 17:19
“Xəzər Lənkəran”ın Bakıda yaşayan azarkeşləri maraqlı addım atacaqlar. Apasport.az saytının məlumatına görə, onlar doğma komandalarının Lənkəranda baş tutacaq “Sumqayıt”la matçına yox, “Bakı” – “Rəvan” oyununa getməyə hazırlaşır.
Əslində, bu addımı təəccüblə qarşılamaq lazım deyil. Belə ki, cənublu tərəfdarlar bununla Biləcəridə keçirilən oyunda “Rəvan”a dəstək vermək istəyirlər. Çünki “Xəzər Lənkəran”ın “Sumqayıt” üzərində qələbəsi hələ komandanın ilk “altılığ”a çıxması demək olmayacaq.
Lənkəran təmsilçisinin taleyi “Bakı” – “Rəvan” oyununun nəticəsindən asılıdır. “Xəzər Lənkəran”la “Bakı”nın şəxsi oyunlarında “zolaqlılar” üstün durumda olduğundan, “Rəvan”ın rəqibdən xal alması lazımdır.
Ona görə də, 12-ci oyunçu azarkeş qrupu və “Bosman” fanklubu azarkeşlərə müraciət ünvanlayaraq, Lənkərandakı oyuna yox, Bakıdakı oyuna getmələrini xahiş edib. “Rəvan”a dəstək verməklə “Bakı”ya psixoloji zərbə endirməyə hazırlaşan cənublular sivil yolla komandalarının ilk “altılıq”da olmasını təmin etməyə çalışır.
Qeyd edək ki, təsnifat mərhələsinin son turu martın 3-də keçiriləcək. Sözügedən qarşılaşmaların hər ikisi eyni vaxtda - saat 15:00-da baş tutacaq.

- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
0
0