Böyükağa Hacıyev tüpürən futbolçu haqda nə düşünür?
28.02.2013 - 17:53
“Azərbaycan kuboku uğrunda keçirilmiş “Simurq”la oyunumuzun 75-ci dəqiqəsində Cavid İmamverdiyevi meydana buraxdıq. Futbolçu meydanda olduğu 15 dəqiqə ərzində məşqçilər heyətinin etimadını doğrulda bilmədi. Bundan əlavə, Cavid oyundan sonra rəqib futbolçuya qarşı qeyri-etik davranmaqla intizam qaydalarını pozdu”. Apasport.az-ın məlumatına görə, bu fikirləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev klubunun rəsmi saytına açıqlamasında deyib.
O, Azərbaycan kubokunun ¼ final mərhələsində “Simurq”la ilk oyundan sonra rəqibin üzünə tüpürdüyünə görə birbaşa qırmızı vərəqə alan futbolçusu Cavid İmamverdiyevin hərəkətinə münasibət bildirib.
Hacıyev orta sahə oyunçusunun haqlı olaraq qırmızı vərəqə ilə cəzalandırıldığını bildirib: “Oyundan dərhal sonra məşqçilər heyəti və futbolçuların iştirakı ilə toplantı keçirib klub rəhbərliyinə bu məsələ ilə bağlı hesabat təqdim etdik. Məşqçilər heyətinin birgə rəyi ilə Cavidin əvəzedici heyətə göndərilməsi qərara alındı. Bu gün “Neftçi”nin formasında meydana çıxan hər bir futbolçu göstərdiyi oyun və intizamı ilə hamıya nümunə olmalıdır. Bu qaydaları pozan futbolçu kimliyindən asılı olmayaraq, etdiyi hərəkətə görə cavab verməlidir”.

0
0